• Künclük

“Baku Steel Company” QSC-nin istehsal etdiyi künclük profili en kəsiyi 40-125 mm, uzunluğu standartın tələbinə uyğun 3000-12000 mm ölçüdə olur. Məhsul alıcının sifarişinə uyğun olaraq 3000-5000 kq-a qədər bağlamalar şəklində komplektləşdirilir. Bağlamalardakı yarlıqlarda künclüyün istehsal olunduğu poladın markası, standartı, profil ölçüsü, əritmə nömrəsi, uzunluğu, çəkisi və digər parametrləri göstərilir.

texniki@5x 

  • İkitavr

“Baku Steel Company” QSC-nin istehsal etdiyi ikitavrlar 100-160 mm en kəsikli, standartın tələbinə uyğun olaraq 3000-12000 mm uzunluqda istehsal olunur. Məhsul alıcıların sifarişinə görə 3000-5000 kq-a qədər bağlamalar şəklində komplektləşdirilir. Bağlamaların üzərindəki yarlıqlarda ikitavrın istehsal olunduğu poladın markası, standartı, profili, əritmə və ya partiya nömrəsi, uzunluğu, çəkisi və digər parametrləri göstərilir.

texniki@5x

  • Şveller

“Baku Steel Company” QSC-nin istehsal etdiyi şvellerlərin en kəsiyi 80-160 mm, uzunluğu standartın tələbinə uyğun 2000-12000 mm ölçüdə olur. Məhsul alıcıların sifarişi əsasında daha artıq uzunluqda buraxıla bilər. Şvellerlər çəkisi 3000-5000 kq olmaqla bağlamalar şəklində komplektləşdirilir. Bağlamalarının üzərində olan yarlıqlarda poladın markası, standartı, en kəsiyi, əritmə nömrəsi, uzunluğu, çəkisi və digər parametrləri qeyd olunur.

texniki@5x

  • Kvadrat çubuq

“Baku Steel Company” QSC-nin istehsal etdiyi en kəsikli kvadrat çubuqlar DÜİST 535-2005, DÜİST 2591-88, DÜİST 380-2005 standartlarına uyğun 10x10, 12x12, 14x14, 16x16, 18x18, 20x20, 22x22, 24x24 mm, uzunluğu 3000-12000 mm, çəkisi 3000-5000 kq olmaqla istehsal olunur. Hazır məhsul üzərinə vurulan yarlıqlarda çubuğun istehsal olunduğu standart, poladın markası, əritmə və ya partiya nömrəsi, diametri, uzunluğu, çəkisi və digər parametrləri yer alır.

texniki@5x

  • Dairəvi çubuq

“Baku Steel Company” QSC-nin istehsal etdiyi səthi hamar dairəvi çubuqlar DÜİST 535-2005, DÜİST 2590-2006, DÜİST 380-2005 standartlarına uyğun, diametri 10-28 mm, uzunluğu 3000-12000 mm, bağlama çəkisi 3000-5000 kq-a qədər olmaqla hazırlanır. Bağlama üzərinə vurulmuş yarlıqlarda çubuğun istehsal olunduğu standart, poladın markası, əritmə və ya partiya nömrəsi, diametri, uzunluğu, çəkisi və digər parametrləri yer alır.

texniki@5x

Əlaqə üçün