“Baku Steel Company” QSC (BSC) cinsindən, irqindən, dinindən, milli mənsubiyyətindən və siyasi baxışlarından asılı olmayaraq, bütün işçilərə bərabər karyera imkanları yaradır. Şirkətimizdə gənclərin və həssas qrupların işə cəlb olunması üçün təşəbbüslər davamlı olaraq təşkil olunur. Belə ki, BSC Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin paytaxtımızda və regionlarda təşkil etdiyi əmək yarmarkalarında mütəmadi olaraq iştirak edir, habelə öz müəssisələrində “Karyera Günləri” keçirir. 

Karyera gunu

Şirkətimiz işçilərinin şəxsi və peşəkar inkişafını dəstəkləmək məqsədilə 28 adda müxtəlif xarakterli təlimlər, komanda ruhunu gücləndirən fəaliyyətlər, seminarlar və vebinarlar təşkil edir. BSC-nin Təlim Mərkəzində ən müasir avadanlıqlardan istifadə olunur və peşə təlimləri beynəlxalq standartlar əsasında keçirilir. 

Azərbaycanın ən böyük sənaye müəssisələrindən olan BSC işçilərinin xidməti fəaliyyətini şirkətin strateji məqsədləri ilə əlaqələndirərək performansın idarə olunması sistemini də uğurla tətbiq edir. 

Şirkətimiz əməkdaşlarının sağlamlığının mühafizəsinə kompleks şəkildə yanaşmaqla müntəzəm olaraq onların iş şəraitinin təhlükəsizliyi və istirahətinin təşkili kimi tədbirlər həyata keçirir. Həmkarlar İttifaqımız metallurqların sosial müdafiəsinin gücləndirilməsi, metallurgiya sənayesi işçilərinin sosial ehtiyaclarının daha dolğun ödənilməsi, iş şəraitinin və maddi rifahının yaxşılaşdırılması istiqamətində aktiv rol oynayır.

İl ərzində şirkətimizin Həmkarlar İttifaqının xətti ilə yüzlərlə işçimiz Bakıda Bilgəh kardioloji sanatoriyası, bölgələrdə Quba, Qusar, Qax, Nabran, Naftalanda kurort və müalicə sanatoriyalarına yollanılır. Əməkdaşlarımızın yorulmadan, cansağlığı və ruh yüksəkliyi ilə işləməsi insan kapitalı siyasətimizin əsas qayəsidir. BSC-də işə qəbul proseslərimiz beynəlxalq standartlara uyğun, şəffaf şəkildə həyata keçirilir. Vakansiyaların tələblərinə uyğun gələn namizədlərin ilkin seçimi süni zəka əsaslı xüsusi proqram təminatı ilə gerçəkləşdirilir.

BSC Ailəsinin üzvü olmaq istəyən hər kəs “Vakansiyalar” bölməsinə daxil olaraq mövcud vakansiyalar üzrə onlayn müraciət edə və ya CV-sini hr@bakusteel.com ünvanına göndərə bilər.

Əlaqə üçün