“Baku Steel Company” QSC-də (BSC) sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi (SƏTƏMM) Azərbaycan Respublikasının qanunvericilik aktlarının, dövlət norma və standartlarının tələblərinə uyğun təşkil edilib. Şirkətin 2023-cü ilin iyulun 18-də təsdiqlənmiş Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik Siyasətində bütün işçilər (podratçılar və təcrübə keçənlər daxil olmaqla), eləcə də müştərilər, ziyarətçilər və ictimaiyyət nümayəndələri üçün təhlükəsiyin və sağlam iş mühitinin təmin edilməsinə dair lazımi tədbirlərin ISO 45001:2018 standartının və müvafiq sahədə yerli qanunvericilik aktlarının norma və qaydaları rəhbər tutularaq həyata keçirildiyi öz əksini tapıb.
BSC-nin Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik üzrə əsas öhdəlikləri aşağıdakılardır:
- Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik üzrə mövcud qanunvericiliyə və beynəlxalq standartlara uyğun fəaliyyət göstərmək;
- Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik üzrə hədəfləri müəyyən etmək, onların nəzarətdə saxlanılması üçün fəaliyyət istiqamətlərini müəyyən etmək;
- Bütün təhlükələri müəyyənləşdirmək və risklərin minimuma endirilməsini təmin etmək;
- İş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmasını və işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktik xidmətlərin təşkilini təmin etmək;
- İşçilərin təhlükəsiz işləməsini təmin etmək üçün mütəmadi olaraq onları maarifləndirmək, məlumatlandırmaq, təlimlər təşkil etmək, işçilərlə Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik məsələləri üzrə müzakirələr aparmaq və onların iştirakını təmin etmək;
- Müvafiq əməyin mühafizəsi və təhlükəsizlik avadanlıqlarının, eləcə də fərdi mühafizə vasitələrinin təmin edilməsini təşkil etmək;
- Bədbəxt hadisələrin, istehsalat qəzalarının araşdırılması, qəzaya səbəb olan faktorların müəyyənləşdirilməsi və aradan qaldırılması yolu ilə gələcəkdə baş verə biləcək analoji hadisələrin qarşısının alınmasını təmin etmək;
- Mövcud Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik üzrə idarəetmə sisteminin davamlı monitorinqi və onu təkmilləşdirmək;
- Müştəri tələbləri, müvafiq qanunvericilik və tənzimləyici tələbləri müəyyənləşdirməklə təhlillər aparmaq və uyğun əməyin mühafizəsi tədbirlərini həyata keçirmək;
- Müştəri məmnuniyyətini artırmaq bacarığı da daxil olmaqla məhsul və xidmətlərin adekvatlığına təsir göstərə biləcək risk və fürsətləri müəyyənləşdirmək və qiymətləndirmək;
- Müştəri məmnuniyyətini və maraqlı tərəflərin marağını artırmağa davamlı diqqət göstərmək;
- Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik Siyasətinin BSC-nin bütün müəssisə və əməliyyat ərazilərində tətbiq edilməsini təmin etmək.
Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik Siyasətinin məqsədi iş yerlərində xəsarət və peşə xəstəliklərindən uzaq təhlükəsiz və sağlam iş mühiti təmin etməkdir. Bu isə iş yerində hər kəsin iştirakı, əməkdaşlığı və öhdəliyi ilə əldə edilə bilər.