Strateji baxışımız
Keyfiyyətli məhsul çeşidlərimizi daha da genişləndirərək regionun ağır sənaye gücünə çevrilmək
Missiyamız
- Əməliyyat effektivliyinin yüksəldilməsi – xammaldan, enerji resurslarından istifadənin effektivliyinin qabaqcıl dünya təcrübəsi səviyyəsinə yüksəldilməsinə çalışırıq.
- Hazır məhsulun keyfiyyətinin yaxşılaşdırılması –istehsal olunan məhsulun keyfiyyəti üzrə müştərilərin daim artan tələblərinə uyğunluq, istehsalatda keyfiyyətə nəzarət üzrə müasir texnologiya və metodlardan istifadə edirik.
- Ekoloji məsuliyyətin artırılması – xammaldan və texnoloji prosesdə yaranan istehsalat tullantılarından kompleks istifadənin təmin edilməsinə və ətraf mühitə mənfi təsirin son dərəcə minimal səviyyəyə çatdırılmasına çalışırıq.
- İdarəetmə effektivliyinin və səriştəliyin artırılması – Şirkət, müasir texnologiyalara (texnoloji və idarəetmə proseslərinin avtomatlaşdırılması) və personalın səriştəliyinin inkişafına sərmayə qoymaqla, idarəetmə proseslərinin səmərəliyini və göstəricilərini daim təkmilləşdiririk.
- Rəqəmsal transformasiya proqramının tətbiqi – Data əsaslı qərarların qəbulu, müştəri təcrübələrinin təkmilləşdirilməsi, innovasiyaları təşviq etmək və sürətlə inkişaf edən rəqəmsal mənzərədə rəqabət üstünlüyümüzü transformasiya proqramları tətbiq etməklə qorumağa çalışırıq.
İnvestisiyalar üzrə aparıcı istiqamətlər
- Boru istehsalı çeşidinin və istehsal gücünün artırılması - Azərbaycan Respublikasındakı neft-qaz sənayesi müəssisələrinin daim artan tələbatına, eləcə də mövcud ixrac imkanlarına uyğunluğun təmin edilməsi üçün istehsal gücünün artırılması və çeşidin genişləndirilməsi.
- Yayma istehsalının müasirləşdirilməsi – daha səmərəli yayma istehsalı texnologiyalarına investisiyalar, daha keyfiyyətli və yüksək səviyyəli yayma istehsalına nail olmaq üçün çeşidin genişləndirilməsi.