“Baku Steel Company” QSC-nin Boruyayma sahəsindəki BYA-250 qurğusunda 114-219 mm diametrli tikişsiz borular istehsal olunur. Borularda yivin açılması və muftaların hazırlanması Almaniyanın “EMAG” firmasının rəqəmsal idarəetmə dəzgahlarında, qoruyucu muftaların bağlanması İtaliyanın “Lazzari” şirkətindən alınmış dəzgahda avtomatik bağlanır, hidravlik sınaqlar Yaponiyanın “YAMASUI” şirkətinin presində, kimyəvi təhlillər isə çoxkanallı optik spektrometrdə həyata keçirilir. Boruların bütövlüyü pozulmadan daxili qüsurların müəyyənləşdirilməsi və divar qalınlığına nəzarət edilməsi “Volga-16-002-TK-ПЭП” ultrasəs qurğusunda yerinə yetirilir.