Ferroərintili filiz-termiki soba üçün uzununa kompensasiya qurğusunun (UKQ) alınması və quraşdırılması
Tenderin predmeti: Ferroərintili filiz-termiki soba üçün uzununa kompensasiya qurğusunun (UKQ) alınması və quraşdırılması.
Tenderdə digər əlaqəli malların satın alınması və işçilik haqqı nəzərdə tutulur.
Tenderdə iştirak haqqı 500 (beş yüz) manatdır.
Tender iştirakçıları Cəmiyyətin “Satınalmalar və Təchizat departamentinin” müvafiq elektron poçt ünvanına (tender@bakusteel.com ) və ya yazılı şəkildə (Bakı, Dərnəgül şössesi, Mir-Cəlal küç.15 ünvanına) “Açıq tender”-də iştirak etmək niyyəti barədə müraciət ünvanlaya bilərlər.
Elan əsasında iştirak etmək istəyən təchizatçılar Açıq tender şərtlərini əldə etmək üçün aşağıda qeyd olunmuş ilkin sənədləri 15 yanvar 2024-cü il saat 18:00-a PDF formatında tender@bakusteel.com ünvanına göndərməlidir:
- Tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə);
- Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (əgər iddiaçı bir ildən az müddət fəaliyyət göstərirsə, göstərilən fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti);
- İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti haqqında bank arayışı;
- İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri; (kopiyalar)
- İddiaçı qeyri-rezident olduğu halda qeyri-rezident hesab edilən iddiaçının vergi rezidentliyini müəyyən etmək məqsədi ilə həmin şəxslərin vergi rezidentliyini təsdiq edən sənəd (sertifikat);
- İddiaçı doldurulmuş və təsdiq edilmiş PQQ - “Potensial təchizatçıların ixtisas uyğunluğunun yoxlanılması üçün sorğu anketi”;
İlkin kvalifikasiyadan keçmiş təchizatçılar “Açıq tender” üzrə iştirak haqqının ödənilməsi barədə bank sənədini təqdim etdikdən sonra “Açıq tender” şərtlər toplusunu (tam texniki tələblərini, layihə, dəyərləndirmə meyarlarını və əlavə tələbləri) məlumat mübadiləsini aparan Cəmiyyət tərəfindən təyin olunmuş vəzifəli şəxsdən əldə edə bilərlər.
Podratçılarla (malgöndərənlərlə) əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan Cəmiyyətin vəzifəli şəxsi – Əli Yaqubov
Email: A.Yaqubov@bakusteel.com
Əlaqə telefonu: (010) 250 34 34
(012) 490 08 00 ext. 3624
Texniki tapşırıq
Filiz-termiki sobanın enerji təchizatı sisteminin optimal rejimlərdə işləməsinə nail olmaq üçün reaktiv gücün kompensasiya sisteminin tətbiq edilməsi
№. | Əsas məlumat və tələblərin siyahı | Əsas məlumatlar və tələblər |
1 | Obyektin adı və yeri | Ferroərintilər zavodu. Sumqayıt şəhəri. |
2 | Layihənin adı | Ferroərintili filiz-termiki soba üçün uzununa kompensasiya qurğusunun (UKQ) quraşdırılması. |
3 | Layihələndirmə üçün əsas | Sobanın məhsuldarlığının artması |
4 | Tikinti növü | Yenidənqurma |
5 | Layihələndirmənin mərhələləri | İşçi layihə - birmərhələli layihələndirmə. Podratçı əvvəlcə ilkin texniki məlumat üçün sorğunu yerinə yetirir. Layihələndirmə ÜTH (Ümumi texniki həllin) hazırlanması ilə mərhələlərlə həyata keçirilir. ÜTH ilə bağlı Sifarişçinin xidmət sahələri ilə razılaşdırdıqdan sonra işçi layihənin hazırlanmasına başlanılır. |
6 | İcra mərhələləri | Etap üzrə icra mərhələsi (Görülən işlərin mərhələləri və xarakteri bu texniki tapşırığın 10-cu bəndində göstərilmişdir) |
7 | İşlərin icra müddəti | 8 ay |
8 | Obyektin əsas texniki-iqtisadi göstəriciləri, o cümlədən gücü, məhsuldarlığı, istehsal proqramı. | Layihələndirmə U = 35 kV, 3x11 MVA gücündə transformatorları olan filiz-termiki soba üçün aparılacaqdır. (Texniki tapşırığın №1 əlavəsinə baxın) |
9 | Mühəndislik avadanlıqlarına əsas tələblər, o cümlədən: əsas parametrlər, texniki və istismar xüsusiyyətləri, servis xidməti | Reaktiv gücün kompensasiya sistemi aşağıdakı əsas elementlərdən ibarət olmalıdır:
1. Reaktiv gücün uzununa kompensasiyası üçün kondensator qurğusu 2. Yüksək gərginlikli kommutasiya avadanlığı. 3. Yerli rele mühafizəsi və avtomatlaşdırma sistemi. 4. İdarəetmə mərkəzində UKQ-nun işləməsi ilə bağlı məlumatların ötürülməsi və göstərilməsi üçün vahid proqram-texniki kompleksinə (PTK) əsaslanan AİS (Avtomatik İdarəetmə Sistemi). 5. UKQ-nu yerləşdirmək üçün blok-modul konstruksiyalı otaq. 6. UKQ-nun qoşulması və idarə edilməsi üçün kabel şəbəkəsi. 7. Havanı tozdan filtrasiya edən ventilyasiya sistemi. |
10 | Növbələrin və işə salma komplekslərinin müəyyən edilməsi, müəssisənin prespektivdə genişləndirilməsi üçün tələblər. | 1. Lazımi əsas avadanlıqların və texniki tələblərin genişləndirilmiş siyahısını təqdim etməklə bir filiz-termik soba üçün reaktiv gücün uzununa kompensasiya qurğusunun (UKQ) istifadəsi üçün əsas texniki həllərin işlənib hazırlanması.
2. UKQ-nun işçi layihəsinin hazırlanması 3. Avadanlıqların, konstruksiyaların və materialların təchizatı 4. Tikinti-quraşdırma işləri (TQİ) 5. Əsas texnoloji avadanlıqların sazlaması, sənaye və təhvil-təslim sınaqlarının aparılması. 6. UKQ-nun sazlanması, sənaye və təhvil-təslim sınaqlarının aparılması. 7. İşçi heyətin öyrədilməsi. |
11 | Enerjiyə qənaət tələbləri. | Kompensasiya qurğusunun gücü filiz-termiki sobaların işləməsi üçün optimal dəyəri təmin etmək üçün seçilməlidir. |
12 | Sənədlərin tərkibi və növləri | Layihələndirmə Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun aparılmalıdır. Heç bir smeta sənədləri tələb olunmur. |
13 | İş/xidmətin icrası rejimi | Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq həyata keçirilir |
14 | İş başa çatdıqdan sonra sənədləşməyə dair tələblər | Layihə sənədləri Azərbaycan və rus dillərində, elektron skan edilmiş formada (CD və ya DVD disk, fləş kartda) imzalarla, Acrobat Reader (pdf) formatında.olmalıdır. |
Qeyd: Görüləcək bütün işlər verilmiş texniki tapşırıq əsasında icra olunmalıdır.
Müqavilə imzalandıqdan sonra 8 (səkkiz) ay müddətində işlər tam başa çatdırılmalıdır.
İşlər “Baku Steel Company” QSC-nin ərazisində ediləcək.
Tender iştirakçıları qiymət təklifini 15 yanvar 2024-cü il saat 18:00-a qədər “Baku Steel Company” QSC-nin e-mail ünvanına tender@bakusteel.com təqdim etməlidirlər. Təklifin göndərilməsi təlimatı əsas şərtlər toplusunda təqdim olunacaq. Göstərilən vaxtdan gec təqdim olunmuş təkliflər tenderdən kənarlaşdırılacaq.
“Açıq tender” üzrə təkliflərin açılışı 17 yanvar 2024-cü il saat 10:00-da ZOOM Call vasitəsi ilə keçiriləcəkdir. Təchizatçıların səlahiyyətli nümayəndələri daxil olan təkliflərin açılışda iştirak edə bilərlər.
İştirak etmək istəyi olduqda səlahiyyətli nümayəndələr təmsil etdikləri şirkət tərəfindən vəkalətnamə təqdim etməlidirlər. Səlahiyyətli şəxsin şəxsiyyət vəsiqəsinin və vəkalətnamənin sürətini PDF formatında tender@bakusteel.com ünvanına açılışdan ən geci 1(bir) iş günü öncə yollamağınız tələb olunur.